Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) sədrlik Bolqarıstana keçib.
Oxu.Az xəbər verir ki, bu barədə QDİƏT PA-nın iclasında məlumat verilib.
Assambleyanın prezidenti və Milli Məclisin sədri Sahibə Qafarova sədrliyin Bolqarıstana ötürüldüyün qeyd edib.
Qeyd edək ki, hazırkı sədr Azərbaycan idi.
Həmçinin QDİƏT PA-nın 66-cı iclasının vaxtı məlum olub.
Bu barədə Bolqarıstan Milli Assambleyasının sədri Natalya Kiselyova bugünkü iclasda məlumat verib.
O bildirib ki, Assambleyanın payız sessiyasının növbəti iclası 2025-ci ilin noyabrında keçiriləcək.
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə bir neçə ölkənin parlament sədrləri ilə yanaşı, xeyli sayda deputat və xarici qonaq iştirak edir.
Tədbir çərçivəsində təşkilatın bir neçə komitəsinin iclasları keçiriləcək, o cümlədən bir sıra təşkilati məsələlərə baxılacaq.
Plenar sessiyada isə "QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması" mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Həmçinin QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.
Mərahim Nəsib