Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda TÜRKPA-nın 13-cü iclası keçirilib
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib.
"Report"un məlumatına görə, iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri çıxış ediblər.
Çıxışçılar "Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu" mövzusunda yaşıl gündəlik, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində tədbirlərlə bağlı fikirlərini bölüşüblər.
Həmçinin TÜRKPA-nın 13-cü Şura və plenar iclaslarında aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər.
İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib.
Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda Plenar iclasın Bakı Bəyannaməsi qəbul edilib.
"Sahibə Qafarova" teqi üzrə xəbərlər
- Alen Simonyan Sahibə Qafarova ilə görüşdə: "Dalana dirənmə barədə danışmağa dəyməz"
- Milli Məclisin sədri Rusiyaya səfər edib
- Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı memorandum imzalayıb
- Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin IV konfransında əhəmiyyətli sənəd qəbul olunub
- Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb