Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bəhruz Məhərrəmov: "Qərb üçün diktə edə bilmədiyi bütün mətbəxlər çirklidir"
"Geosiyasi proseslərin gedişi göstərməkdədir ki, Prezident İlham Əliyevin suverenliyimizin tam bərqərar olmasına qədərki ümummilli mübarizəsi nə qədər konseptual, nə qədər uzaqgörən və əhatəli olub".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin mübarizəsi heç kimin gözləmədiyi çox mürəkkəb periodları əhatələyib:
"Məsələn, illər əvvəl qonşu Gürcüstan qapılarını imperializmin missionerlərinə açarkən Azərbaycan rəhbəri Qərbin də, Şərqin də, Şimalın da, Cənubun da ölkəmizdə möhkəmlətmək istədiyi təsir rıçaqlarını tam zərərsizləşdirməyə nail oldu. Nəticədə Gürcüstan, Ukrayna kimi dövlətlərin qoynunda böyüyən şişirdilmiş "vətəndaş cəmiyyəti" institutları Qərb agenturası qismində bu dövlət və xalqın iradəsi üzərində kvazinəzarət uğrunda mübarizəyə başlayarkən Azərbaycan özünün sabit inkişaf yoluna qədəm qoyub. Bir çox coğrafiyalarda hələ də işğal və təcavüz, o cümlədən separatizm və münaqişələrin çiçəkləndiyi bir şəraitdə Azərbaycan İlham Əliyevin zamanında verdiyi doğru yön sayəsində bu problemləri illər əvvəl arxada qoya bilib".
"AŞPA-nın Azərbaycanın ardınca Gürcüstanla da münasibətlərini qoparması isə göstərir ki, Qərb üçün diktə edə bilmədiyi bütün mətbəxlər çirklidir, Qərbin marionetinə çevrilməyən bütün liderlər avtoritar, ölkələr isə qeyri-demokratikdir. Azərbaycan cəmiyyəti buna açıq gözlə baxmalıdır və son bir il ərzində baş tutmuş prezident, parlament və bələdiyyə seçkiləri də göstərir ki, xalqımız bu reallığın fərqindədir. Biz fərqindəyik, amma bütövlükdə beynəlxalq ictimaiyyət fərqində olmalıdır ki, Fransanın müstəmləkələrində yüzminlərlə insanı soyqırımına məruz qoymaqda davam etməsinə göz yuman AŞPA, Avropa Parlamenti kimi təsisatların, qlobal insan haqları təşkilatlarının, Azərbaycanda siyasi məhbus ovuna çıxılması, səviyyəsiz, kimə işlədiyini özü də dərk etməyən kuklaları qəhrəman elan etməsi insan haqqını qorumaq yox, insan haqqına girməkdir", - deputat qeyd edib.
Mərahim Nəsib
"Avropa Şurası Parlament Assambleyası (AŞPA)" teqi üzrə xəbərlər
- Gürcüstan hakimiyyəti AŞPA-dakı nümayəndə heyətinin üzvlərini geri çağırdı
- Mehriban Vəliyeva: "AŞPA köhnə qaydalarla dünyaya hökm edə bilməyəcək"
- Gürcüstandan AŞPA-nın qərəzinə cavab: Müstəqil dövlətlərlə ultimatum dilində danışmaq olmaz
- Gürcüstan nümayəndə heyəti AŞ PA-da fəaliyyətini dayandırıb
- AŞPA-nın yeni qarayaxma təşəbbüsü: "Belə bir təşkilat Azərbaycanın nəyinə lazımdır?"