Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dövlət əmlakı mənimsənilib? - Sabiq məktəb direktorunun həbsinin YENİ DETALLARI
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Fəxrəddin Həsənqulu oğlu Həsənovun həbsinin bəzi detalları məlum olub.
Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, idarə tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvətalma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
"Rüşvətalma-rüşvətvermə cinayəti" teqi üzrə xəbərlər
- Rüşvət alan sabiq vəzifəli şəxs həbsdən buraxıldı
- Dövlət Xidmətinin rüşvət almaqda ittiham olunan vəzifəli şəxsləri ilə bağlı qərar verilib
- Azərbaycanda polkovnik rüşvətə görə HƏBS EDİLDİ - MƏHKƏMƏ İŞİ
- Rüşvətə görə həbs edilən polkovnikin yerinə TƏYİNAT
- Azərbaycanda hərbi sahədə rüşvətalma və rüşvətvermə cinayətləri azalıb