Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Beynəlxalq təşkilat Azərbaycanda seçkiöncəsi sorğu keçirib - NƏTİCƏLƏR
"Bu, bizim Azərbaycanda "exit-poll" keçirəcəyimiz sayca 7-ci seçkidir".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) yerli tərəfdaşı ilə birgə "exit-poll" keçirmək üçün qeydiyyatdan keçən "Oracle Advisory Group"un keçirdiyi seçkiöncəsi sosioloji sorğu ilə bağlı mətbuat konfransında təşkilatın nümayəndəsi Vlada Galan deyib.
Onun sözlərinə görə, təşkilat bu günə qədər 15 ölkədə 26 seçki prosesində "exit-poll" keçirib:
"Bizim komandamız Azərbaycanda 2013-cü ildə prezident, 2015-ci ildə parlament, 2018-ci ildə prezident, 2020-ci ildə parlament seçkilərində "exit-poll" keçirib".
"Keçirdiyimiz bu sorğu iyul ayının 29-dan avqust ayının 9-a qədər olub. Əyani müsahibələr 3000 respondent arasında keçirilib. Müsahibə prosesində 40 əməkdaşımız iştirak edib. Respondentlərin 10 faizi 70 yaşdan yuxarı, 12 faizi 60-69 yaş, 13 faizi 50-59 yaş, 17 faizi 40-49 yaş, 31 faizi 30-39 yaş aralığında olub. Respondentlərin 42 faizi evli, 33 faizi isə subay idi", - deyə təşkilat rəsmisi deyib.
Mərahim Nəsib