Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bəzi metro stansiyalarına yeni adlar veriləcək
Bu il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar adsız zirvələrə yeni adlar veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib.
Bundan başqa, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.
Bununla bağlı Prezident Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Prezidentin xüsusi nümayəndəlikləri, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi, Milli Məclisə müvafiq addımlar atmaları tövsiyə olunub.
"Konstitusiya və Suverenlik İli" teqi üzrə xəbərlər
- "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalı təsis ediləcək
- 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib
- "Konstitusiya və Suverenlik İli" - Azərbaycanın yeni strateji hədəfləri
- Azərbaycanda 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib - SƏRƏNCAM