Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BMT Baş Assembleyasının prezidenti COP29 çərçivəsində Azərbaycana səfər edəcək
"BMT Baş Assembleyasının 79-cu sessiyasının prezidenti, Kamerunun keçmiş Baş naziri Filemon Yanq Azərbaycana səfər edəcək".
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Baş Assambleya sədrinin kommunikasiyalar üzrə müşaviri Mariam Şaik bildirib.
BMT rəsmisi əlavə edib ki, Baş Assambleyanın prezidenti Azərbaycanın sədrliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində Bakıya səfər edəcək. O, Azərbaycan hökumətinin dəvətini qəbul edib və COP29-un açılışında iştirak edəcək.
Qeyd olunub ki, F.Yanq COP29 çərçivəsində Bakıda yüksək səviyyəli tədbirlər və müzakirələrə qatılacaq və bir sıra görüşlər keçirəcək.
"COP29" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Davosda Xorvatiyanın baş naziri ilə görüşüb
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
- Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir