Bako Saakyan Britaniya parlamentinə hökumət tərəfindən dəvət olunmayıb.
Oxu.Az xəbər verir ki, bunu APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Açıqlamada deyilir ki, B.Saakyan Böyük Britaniyaya müstəqil şəkildə səfər edib və Britaniya hökumətinin bu səfərdə heç bir rolu yoxdur:
“Parlamentarlar kimi parlamentə dəvət edəcəklərinə özləri qərar verirlər. Böyük Britaniyanın mövqeyi dəyişməzdir.
Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımırıq”.