Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

BQXK rəsmisi: "Biz BMT-yə tabe deyilik"
"Biz fəaliyyətimizi beynəlxalq humanitar hüququn əsasında qururuq. Bizim ən birinci şüarımız neytral, qərəzsiz, müstəqil olmaqdır".
Oxu.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmisi İlahə Hüseynova qurumun bu ilin yanvar-iyun aylarındakı fəaliyyəti haqqında məlumat verərkən deyib.
BQXK rəsmisi vurğulayıb ki, kütləvi informasiya vasitələrində və cəmiyyətdə komitənin fəaliyyəti haqqında informasiya yetərincə deyil.
"Bizim tabe olduğumuz hər hansı qurum yoxdur. Bəzən bizə deyirlər ki, siz Birləşmiş Millətlər Təşkilatına (BMT) tabesiniz. Xeyr, BQXK-nın üst qurumu yoxdur. Qərarları özümüz veririk. İlkin məqsəd münaqişədən zərər çəkən insanlara dəstək verməkdir".
Şəhriyar Səmədov
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)" teqi üzrə xəbərlər
- Xankəndidə beş ay əvvəl ölmüş erməni qadının meyitinin Ermənistana aparılması müzakirə olunur
- Ermənistan beş aya yaxındır, Xankəndidə ölmüş erməniəsilli qadının meyitini təhvil almır
- BQXK Bakı ofisinin bağlanması haqqında AÇIQLAMA VERDİ
- HƏMAS 600 fələstinli əsir müqabilində dörd girovun cəsədini İsrailə TƏHVİL VERDİ
- HƏMAS Qəzza zolağında ölən dörd girovun meyitini Qızıl Xaça təhvil verib