Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Maltada Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında görüş keçirilib
Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Murat Nurtleu arasında ikitərəfli görüş baş tutub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, müzakirələr zamanı ikitərəfli əməkdaşlığın və ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub. Gündəmdə olan regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı razılıqlar əldə olunub.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub
- Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib