Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

BTQ rəhbəri: "Makron hökumətinin üzərinə məsuliyyət düşür, neokolonializmə son qoymalıdırlar"
"Fransa hökumətinin Bakı Təşəbbüs Qrupuna qarşı ittihamlar səsləndirməkdənsə, öz xarici siyasətinə diqqət yetirməsi yaxşı olar".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM" tərəfindən 2024-cü ilin dekabr ayında dərc olunan hesabatda əksini tapan əsassız iddialara cavab məqsədilə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Makron hökumətinin üzərinə məsuliyyət düşür, neokolonializmə son qoymalıdırlar:
"Prezident İlham Əliyev dünyada dekolonializm prosesinə ən böyük töhfə verən liderlərdəndir. Dövlət başçısının neokolonializmlə mübarizədəki qətiyyəti belə bir siyasət aparanların məkrli niyyətini ifşa edir. Ona görə də, onlar belə hesabat hazırlamağa çalışıblar. Fransa beynəlxalq hüququ dəstəkləyirsə, eyni zamanda, müstəmləkəçilik siyasətini necə davam etdirir?"
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupunun rəhbərliyi ilə xarici media nümayəndələri arasında görüş olub
- Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başlayıb
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"
- Ayxan Hacızadə: "Fransa XİN başçısının anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edirik"