Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bu gün Füzuliyə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB + FOTO/VİDEO
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub.
“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.
Yurda qayıdan 30 ailəyə (125 nəfər) mənzillərin açarları təqdim edilib.
15:38
Bakıdan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
“Report” xəbər verir ki, doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.
Bununla da Füzuli şəhərinə qayıdan ailələrin sayı 470-a (1750 nəfər) çatıb.
06:34
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 125 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 470 ailənin (1 750 nəfər) daimi məskunlaşması təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"