Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat: “Arsenal”ın “üç” oyunçusu gələndə Azərbaycan təhlükəli olur?!
Böyük Britaniya şirkətləri on illərdir ki, Azərbaycanda işləyirlər. Nədənsə bu müddət ərzində Azərbaycanın “təhlükəli ölkə” olduğu yadlarına düşmürdü.
Oxu.Az-ın xəbərinə görə, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışında deyib.
“Azərbaycanda neft çıxaranda ölkə təhlükəli deyildi, amma “Arsenal”ın “üç oyunçusu” gələndə Azərbaycan təhlükəli zona olur?!”, - deyə deputat narazılığını ifadə edib.
Daha sonra S.Novruzov əlavə edib:
“Özlərinin gəlməsini ilə bağlı fikir söyləyirlər. Nəyə görə Azərbaycan ən təhlükəsiz ölkə olduğu halda onun haqqında belə bir fikir yayırlar? Sonra deyirlər ki, Azərbaycanın hava məkanında problemlər var.
Əfqanıstana buradan yük daşıyanda təhlükə yox idi. ABŞ-a antiterror əməliyyatı üçün hava bazası verəndə təhlükə yox idi. İndi nə oldu, iki futbol komandası oyun keçirəndə hava tutulur, hava açılır? Hava şəraiti pisləşir? Sapı özümüzdən olan baltaları töküblər ora, erməni lobbisi tərəfindən beş manat pul verilir, ölkəmizin haqq işlərinin əleyhinə düzgün olmayan informasiyalar yayırlar”.
Birinci vitse-spiker Ziyafət Əsgərov da həmkarının fikirlərini dəstəkləyib.
Z.Əsgərov bildirib ki, bütün bunlar dünyada beynəlxalq hüququn işləmədiyinə görə baş verir:
“Bir gün əvvəl Britaniya XİN xəbərdarlıqla bağlı məlumat yayır. Səhəri gün isə səfir deyir ki, heç bir problem yoxdur, Azərbaycana gələ bilərsiniz. Bu, dünyada olan ikili, üçlü, dördlü standartlardır. İstəmirlər ki, bir müsəlman ölkəsi inkişaf etsin. Bu cür yanaşmalar əvvəllər də olub və davam edəcək”.
Kamil HƏMZƏOĞLU
"Əfqanıstan" teqi üzrə xəbərlər
- "Taliban" ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək
- "Taliban"ın XİN rəhbəri motosikletlə gecə gəzintisinə çıxıb
- Əfqanıstanda televiziyanın fəaliyyəti dayandırıldı: Səbəbi heyrət doğurdu
- Əfqanıstanda bazarda güclü partlayış: Ölənlər və yaralananlar var
- İrana daxil olmağa çalışan əfqanlar atəşə tutuldular: 260 ölü