Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: Dünyada oyun qaydaları dəyişməlidir
Davamlı inkişafa nail olmaq üçün dünyada oyun qaydaları dəyişməlidir.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Ziyad Səmədzadə Davamlı İnkişafa dair Bakı forumunda deyib.
Onun sözlərinə görə, bunun üçün qloballaşan dünyada maliyyə mənbələrinə çıxış imkanları dəyişməlidir:
“Bizə xarici ekspertlər təzyiq göstərirdi ki, neft sektorunu özəlləşdirin. Ancaq Azərbaycan buna getmədi və bu ən düzgün addım idi”.
Z. Səmədzadə hesab edir ki, BMT-nin qarşıya qoyduğu 17 məqsədin həyata keçirilməsində dövlətin rolu danılmazdır.
“2001-ci ildə Azərbaycanda yoxsulluq 49 faiz idi. Hazırda bu göstərici 5 faizə düşüb. İndi ölkəmizdə adambaşına 4 min dollardan çox məhsul istehsal edirik. ÜDM-nin azaldığı dövrdə belə Azərbaycan sosial proqramlarını dayandırmadı. Hesab edirəm ki, bundan sonra istehsal sektoruna sistemli yanaşmalar davam etməlidir”.