Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ziyad Səmədzadə: Azərbaycan dünyanın enerji xəritəsini dəyişir
Millət vəkili Ziyad Səmədzadə hesab edir ki, Azərbaycanla Türkiyə arasında ticarət əməkdaşlığının potensialı açıqlanan rəqəmlərdən daha böyükdür.
Oxu.Az-ın məlumatına görə, deputat “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumda türkiyəli sahibkarlara müraciət edib.
“Ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşması üçün böyük işlər görülür. Düzdür, bu yolda bürokratik əngəllər də olur. Amma iş adamlarının birgə görüşləri hər iki ölkənin inkişafına imkan yaradır”.
Tanınmış iqtisadçı onu da vurğulayıb ki, 2000-ci ildə apardığı araşdırmaya görə, türk ölkələrinin dünya ÜDM-də payı 1 faizdən az, həmçinin yoxsulluq göstəriciləri yüksək olub.
“Bu gün hər iki ölkənin birgə reallaşdırdığı layihələr dünyada maraqla qarşılanır. Biz Azərbaycanda elə layihələr həyata keçirik ki, bu, dünyanın enerji xəritəsini dəyişir”.
İlhamə Abdullayeva
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?