Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fədayə Laçın: Etibar açarı qəfəs açmaq üçün istəyirdi - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Şahmar Bəyəlizadənin vəkili Rəna Məmmədova təqsirləndirilən şəxslərin müttəhim kürsüsündə qolu qandallı oturmasına etiraz edib.
Məhkəmə verilən vəsatəti təmin edib və həbsdə olan şəxslərin qolundakı qandal açılıb.
Sonra digər vəkil vəsatətlə çıxış edərək məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Prosesdə F.Laçın Etibar Məmmədova verdiyi açarın qatardan qaçmaq məqsədilə alındığından xəbərsiz olduğunu deyib:
“Etibar açarı qəfəs açmaq üçün istəyirdi. Mənə belə demişdi”.
Proses oktyabrın 29-dək təxirə salınıb.
Etibar Məmmədov
www.oxu.az
Rəylər