Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb.
Oxu.Az-ın xəbərinə görə, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib.
Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub.
O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib:
“Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”.
O, saxlanma şəraitindən narazılıq etməyib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər