"2026-cı il dövlət büdcəsinin reallaşması, həm də regionlarda mövcud olan problemlərin həllində əsas amil olacaq".
Oxu.Az xəbər verir ki, bunu deputat Sevil Mikayılova Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O təklif edib ki, növbəti illərdə dövlət büdcəsində süni intellekt və mavi iqtisadiyyatla bağlı ayrıca bölmələr əlavə edilsin:
"BMT-nin minillik hədəflərinə dair hesabatlarında da artıq mavi iqtisadiyyat termini geniş şəkildə tətbiq olunur. Bu məsələnin əhəmiyyəti ondadır ki, Prezident İlham Əliyev Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlərin ölkəmiz üçün ciddi çağırışlara səbəb olduğunu vurğulayıb. Eyni zamanda, digər su hövzələrinin idarə olunması ilə bağlı da oxşar problemlərlə rastlaşırıq. Bu baxımdan, əgər BMT öz büdcəsində mavi iqtisadiyyatla bağlı bölmələrə yer verirsə, Azərbaycanın da gələcək büdcə sənədlərində bu istiqamətə xüsusi yer ayırması faydalı olar".
Mərahim Nəsib