Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dini qurumlara maliyyə yardımı ayrıldı - MƏBLƏĞ
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılsın.
Maliyyələşməni təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunub.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"
- İlham Əliyev Rüfət Mahmuda yüksək vəzifə verdi
- Prezident dövlət xidmətinin bəzi əməkdaşlarını təltif etdi
- Samir Şərifov dörd ölkə ilə iqtisadi əlaqələri tənzimləyəcək
- Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq