Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kahramanmaraşda salınan Azərbaycan məhəlləsinin mənzilləri yaşayış üçün hazırdır
2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən salınan Azərbaycan yaşayış məhəlləsinin son görüntüləri yayılıb.
Oxu.Az "İHA" agentliyinə istinadən xəbər verir ki, ümumilikdə 1 278 mənzil və 826 ofisdən ibarət olan nəhəng layihənin son tamamlanma prosesi gedir.
Belə ki, artıq əksər mənzillər yaşayış üçün tam hazır vəziyyətdə gətirilib, məişət avadanlığı ilə təmin edilib.
Layihənin qısa müddətdə tamamlanaraq təhvil verilməsi nəzərdə tutulur.
Kahramanmaraşda salınan Azərbaycan məhəlləsinin mənzilləri yaşayış üçün hazırdır
Ən çox oxunanlar
Rəylər