Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xudatda avtomobil qaçıran şəxs saxlanılıb
Xaçmaz Rayon Polis Şöbəsinə Xudat qəsəbəsində "VAZ-2106" markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırılması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a bildirilib.
Məlumata görə, həyata keçirilən tədbirlərlə əməli törədən Qusar rayon sakini Raman Mirzəliyev saxlanılıb. Araşdırma nəticəsində R.Mirzəliyevin Qusar rayonu ərazisində mağazaların birindən oğurluq etdiyi də müəyyən olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Mirzəliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Xudatda avtomobil qaçıran şəxs saxlanılıb
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
- "TikTok"da evlənəcəyinə söz verdiyi qızın evindən qızılları oğurlayıb, qumara qoydu
- Şəmkirdə qohumundan oğurluq edən şəxs evi yandırdı
- Olivye Jirunun evindən 500 min dollar dəyərində əşya oğurlanıb
- Polis Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi saxladı
Ən çox oxunanlar