Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması" haqqında Sərəncamı ilə 16 əcnəbi əfv edilib.
Oxu.Az-ın məlumatına görə, əfv edilənlərdən beş nəfəri İran, dördü - Rusiya, ikisi - Pakistan, ikisi - Gürcüstan, biri - Türkiyə, biri - Fransa, biri isə Əfqanıstan vətəndaşıdır.
Qeyd edək ki, sərəncama əsasən, 220 nəfər məhkum edilmiş şəxs əfv olunub.
Aqil Vəlili