Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əli Əhmədov: "Bu gün uğurlarımız bilavasitə qadınların çiyinlərində qərar tutur"
"Azərbaycan qadını cəmiyyətin bütün sferalarında həyata keçirilən proseslərin fəal iştirakçısıdır" .
Oxu.Az xəbər verir ki, bunu 2025 "Konstitusiya və Suverenlik" ili çərçivəsində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Əhmədov deyib.
O bildirib ki, bütün sahələrdə, təhsildə, səhiyyədə, siyasətdə qadın iştirakçılığının artması Azərbaycanın potensialının yüksəlməsində ən başlıca amillərdən biridir:
"Bütün qələbələrin təməlində insanlarımızın fədakarlığı dayanır. Bu gün uğurlarımız bilavasitə qadınların çiyinlərində qərar tutur, reallığa çevrilir. İnanıram ki, hər bir vətəndaşımızın, o cümlədən qadınların fəallığı və vətənpərvərliyi sayəsində Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəkdir".
Aləmdə Nəsib
"Əli Əhmədov" teqi üzrə xəbərlər
- Əli Əhmədov: "Dini maarifləndirmənin hədəfi nə olacaq, bunu bilmək lazımdır"
- Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"
- Əli Əhmədov: "Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"
- Əli Əhmədov vəzifəsindən azad edildi
- Rusiya prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gələcək