Misli Premyer Liqasında XXV tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, bağlanış oyununda "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Tovuz şəhər stadionunda reallaşan görüşdə Gəncə təmsilçisi rəqibini minimal hesabla məğlub edib. Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoyev vurub.
Bu nəticədən sonra xallarını 22-yə çatdıran Qərb təmsilçisi 9-cu pillədə qərarlaşıb. "Kəpəz"in turnir cədvəlindəki mövqeyi dəyişməsə də, komanda 8-ci yerdəki "Sumqayıt"la xallarının sayını bərabərləşdirib. "Neftçi" isə 27 xalla 6-cı sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" "Səbail"i, "Zirə" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" matçı isə qollu heç-heçə ilə yekunlaşıb - 2:2.
Bu gün Misli Premyer Liqasında XXV turun oyunlarına "Kəpəz" - "Neftçi" qarşıdurması ilə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, qarşılaşma saat 17:00-da start götürəcək.
Görüşü Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, oyun Tovuz şəhər stadionunda keçiriləcək.
5 mart
Misli Premyer Liqası
XXV tur
Saat 17:00, "Kəpəz" - "Neftçi".