Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını İslam ümmətinin böyük bayramı - Ramazan münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Qoy bəşəriyyətin mənəvi saflaşmasının və hərtərəfli təkmilləşməsinin başlanğıcı olan bu müqəddəs bayramda xalqlarımızın birliyi möhkəmlənsin, xoşbəxtliyi artsın.
Hörmətli İlham Heydər oğlu, bütün müsəlmanların səbirsizliklə gözlədiyi və böyük sevinclə qeyd etdiyi bu müqəddəs bayram münasibətilə Sizə xoşbəxtlik və məsuliyyətli işinizdə böyük uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.
Allah niyyətlərimizi, xeyirxah əməllərimizi qəbul etsin, hamımız bir Ramazandan o biri Ramazana, bir ildən digərinə uğurla keçək.
Ramazan bayramınız mübarək!"
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi möhtəşəm bahar bayramı olan Novruz münasibətilə təbrik edirəm. Qoy bu bayram xalqlarımızın dostluğunu, birliyini daha da möhkəmləndirsin, hər bir ailəyə sevinc və bolluq gətirsin. Ortaq dəyərlərimizə və adət-ənənələrimizə əsaslanan Novruzun ölkələrimizə əmin-amanlıq, firavanlıq bəxş etməsini arzulayıram.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və sabitlik diləyirəm".
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevi təbrik edib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Novruz bayramı münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Qədim dövrlərdən bəri dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla insan üçün bu bayram baharın gəlişini, təbiətin oyanmasını, həyatın yenidən başlanmasını, yaradıcılıq gücünü simvolizə və ifadə edir.
Qonaqpərvərlik və mehriban qonşuluq kimi ən gözəl xalq ənənələrini ehtiva edən Novruz bayramı cəmiyyətdə dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Bu dəyərləri qoruyub saxlamaq və nəsildən-nəslə ötürmək çox vacibdir. Onlar əbədi mərhəmət, xeyirxahlıq və yaxınlara qayğı göstərmək ideallarına əsaslanır və bu gün də ümumbəşəri əhəmiyyətə malikdir.
Qoy yeni bahar Sizin və ölkənizin bütün qardaş xalqı üçün sevinc və xoş dəyişikliklərlə yadda qalsın!
Sizə bahar əhvali-ruhiyyəsi və cansağlığı diləyirəm".
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident, Əziz Qardaş.
Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.
Bayramınız mübarək!"
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq Novruz bayramı münasibətilə Sizə və Sizin timsalınızda Azərbaycan Respublikasının qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Dünyanın bir çox ölkəsində geniş şəkildə qeyd olunan bu gözəl bayram baharın başlanğıcını və təbiətin oyanmasını özündə təcəssüm etdirir. Novruz bayramı müxtəlif ölkələr və mədəniyyətlər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində əsas rol oynayır. Bu işıqlı bayram müasir dünyada humanist hisslərin yaranmasına və möhkəmlənməsinə ilham verən ümid simvoludur.
Qoy bu gözəl bayram Sizin və ölkənizin bütün xalqı üçün xoşbəxtlik, sevinc və yeni uğurlar gətirsin!"
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Yeniləşmə və ümid bayramı olan Novruz bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırır, yeni imkanlar, uğurlar və firavanlıq dolu bir mövsüm arzu edirəm.
Bu əlamətdar bayramın bizim regional əməkdaşlığımıza dair ümumi öhdəliyimizi daha da gücləndirməsini diləyirəm.
Fürsətdən istifadə edərək, həmçinin Zati-alinizi mübarək Ramazan bayramı münasibətilə də təbrik edirəm. Qoy bu bayram hamımıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin, bölgəmizdə birlik və həmrəyliyi daha da möhkəmləndirsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bundan başqa, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev də dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
"Təbiətin canlanmasının və torpağın oyanışının rəmzi olan, Türk xalqlarının hər il qeyd etdikləri çoxəsrlik tarixə malik Novruz bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qədim tariximizin və irsimizin bir parçası olan Novruz bayramı ortaq adət-ənələrimizin, mənəvi dəyərlərimizin qorunması və təşviqi, eləcə də Türk birliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Beynəlxalq Novruz bayramı münasibətilə ən səmimi təbriklərimizi və ürəkdən gələn xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.
Qədim tarixə malik bu bayram mədəni irs və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi sülh və təhlükəsizlik, qarşılıqlı hörmət və dəstək ideyaları əsasında onun coğrafiyasındakı xalqlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır.
Novruzun əbədi yaradıcılıq ənənələri bizi xalqlarımız və ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün daim səy göstərməyə sövq edir.
Tacikistan strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla dövlətlərarası münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə edir.
Əminəm ki, ölkələrimiz bu qədim bayramın yüksək ümumbəşəri dəyərlərinə əsaslanaraq çoxşaxəli münasibətlərinin məzmununun zənginləşdirilməsi üçün bundan sonra da birgə səy göstərəcək.
Bu əlamətdar günlərdə Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ölkənizin qardaş xalqına isə xoşbəxtlik, firavanlıq, sülh və əmin-amanlıq, davamlı tərəqqi və rifah arzulayıram".