Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ərdoğan: "İğdır-Naxçıvan təbii qaz boru kəməri Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq"
"İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxışında səsləndirib.
Prezident Ərdoğan qeyd edib: "BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq".

"İlham Əliyevin Türkiyə səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev Türkiyəyə səfərindən görüntülər PAYLAŞDI
- Azərbaycan və Türkiyə prezidentlərinin səmimi GÖRÜNTÜLƏRİ
- Azərbaycan və Türkiyə prezidentləri Ankarada iftar süfrəsində iştirak ediblər
- Türkiyə prezidenti: "Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir"
- Əliyev və Ərdoğan Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında iştirak ediblər