Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib
Prezident İlham Əliyevin "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı fikirləri ərəb mediasının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, "Sky news arabia", "əl-Arabiyyə", "əl-Cəzirə", "əl-Qahira news", "əl-Hurra", "MTV Lebanon", "əl-Arabi" televiziya kanallarında, eləcə də "əş-Şarq əl-Avsət", "əş-Şarq", "əl-Əhram", "əl-Mısri əl-Yaum", "ər-Riyad", "əl-Quds", "əl-Yaum" qəzetlərində və xəbər agentliklərində yayılan xəbərlərdə dövlətimizin başçısının sərnişin təyyarəsinin Rusiya ərazisində olarkən radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, yerdən açılan atəş nəticəsində quyruq hissəsinin böyük dərəcədə zədələndiyini qeyd etdiyi bildirilib.
Xəbərlərdə Prezident İlham Əliyevin "faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir", - fikri sitat gətirilir.
Xəbərlərdə, həmçinin Prezident İlham Əliyevin hadisənin qəsdən törədildiyini güman etmədiyi qeyd edilir, bununla yanaşı, Azərbaycan tərəfinin baş vermiş hadisə ilə bağlı Rusiyadan 3 gözləntisinin olduğu yazılır.
Xəbərlərdə dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdiyi xatırlanıb. Eyni zamanda, xəbərlərdə vurğulanır ki, iki ölkənin prezidenti arasında telefon danışığı zamanı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdirilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində görülən bir sıra işlərlə tanış olub
- Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı
- Azərbaycan Prezidenti Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib
- İlham Əliyev kubalı həmkarını təbrik etdi
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?