Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Erməni miqrantdan etiraf: “Bizi evdən çıxardıb dedilər ki, türklər gəlir” - VİDEO
“2020-ci ildə müharibədən sonra ailəmlə Ermənistanın Gorus şəhərinə təxliyə edildik. Ağdamda mülküm, evim, nar bağlarım var idi. Araik Arutyunyan bizi aldadıb, heç bir pul ödəmədi. Pulu ancaq öz adamlarına verdilər, biz pulsuz qaldıq”.
Bunu Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaşamış erməni miqrantlardan biri, Ermənistan vətəndaşı İrəvan telekanallarına müsahibəsində deyib.
O bildirib ki, kəndin başçısı, Araik Arutyunyanın adamları onları qarət ediblər:
“Bizi evdən çıxardıb dedilər ki, türklər gəlirlər. Qarabağ erməniləri 30 il aldadılıblar. Kim rəhbərlik etdisə, bizi soydu. Robert Köçəryan “Qarabağ məsələsini mən həll edəcəyəm” dedi. “Qarabağ məsələsi” nədir? Bizi qarət edib, yeyib, aldatdılar.”.
Ətraflı Baku TV-nin süjetində:
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - GÖYDƏLƏNLƏR UCALDILIR
- Ağdam şəhərində 107 milyon manatlıq layihələrin icrasına başlanılır
- Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
- Ağdamın bir kəndində 7 milyon manata qeyri-yaşayış binaları tikiləcək
- Ağdamda ağır xəstə özünü öldürdü