Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Erməni terrorçulardan nazirimiz ilə bağlı bəyanat
Biz Edvard Nalbandyanın Azərbaycan Xarici İşlər naziri ilə görüşdən imtina etməyini tələb edirik.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, erməni mətbuatının verdiyi məlumata görə, bu açıqlamanı Hnçak partiyasının gənclər qanadı səsləndirib.
Onlar son günlər baş verən hadisələrdən sonra nazirlərin görüşünün təhqiramiz olduğunu bildiriblər:
“Qarabağdakı hadisələrdən sonra bu görüş nəyə lazımdır? Bu, təhqirdir. Biz Edvard Nalbandyandan Azərbaycan Xarici İşlər naziri ilə görüşdən imtina etməyi tələb edirik”.
Qeyd edək ki, Hnçak partiyası tarixdə azərbaycanlılar və türklərə qarşı keçirdikləri terror hadisələri ilə məşhurdur.