Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ersin Tatar Prezident İlham Əliyevə təşəkkür edib
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda səsləndirdiyi bəyanatı məmnuniyyətlə qarşıladığını bildirib.
Bu barədə Oxu.Az Şimali Kipr Türk Respublikasının rəsmi saytına istinadla xəbər verir.
E.Tatar bildirib: "Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı bizləri son dərəcə məmnun edib. Ona Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi bu güclü dəstəyə görə təşəkkür edirəm. Azərbaycanla aramızdakı könül birliyinin, ortaq dəyərlərin və eyni millətin ayrılmaz bir parçası olaraq münasibətlərimizin daha da inkişaf etməsi bizi sevindirir.
Prezident İlham Əliyevə bu bəyanatına görə bir daha təşəkkür edir, qardaşlıq və əməkdaşlığımızın əbədi olmasını diləyirəm".
Qeyd edək ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Şimali Kipr məsələsinə toxunub.
"Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - dövlət başçısı bildirib.
Vaxtilə BMT-nin baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib:
"Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev: "Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir"
- Prezident: "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk"
- Prezident: "Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib"
- İlham Əliyev: "Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır"
- Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib