Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Euronews" Azərbaycanda keçirilən parlament seçkisinə videoreportaj həsr edib
"Euronews" telekanalı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisinə süjet həsr edib.
Oxu.Az-ın məlumatına görə, reportajda qeyd olunub ki, bu, ötən il Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra ölkədə keçirilən ilk parlament seçkisidir.
Telekanal qeyd edib ki, seçkidə 25 siyasi partiya iştirak edir və seçilmiş deputatlar növbəti 5 il ərzində ölkədə qanunvericilik hakimiyyətini həyata keçirəcəklər. Parlamentdəki 125 yer uğrunda 990 namizəd mübarizə aparır.
Altıncı çağırış parlamentdə hakim partiya 125 yerdən 69-nu qazanmışdı və telekanal öz reportajında hesab edir ki, hazırkı səsvermənin nəticələrinə əsasən Milli Məclisdə də çoxluğu qoruyub saxlayacaq.
Reportajda seçicilərin əsasən təhsil sisteminin inkişafı və ümumilikdə ölkənin gələcək inkişafı ilə bağlı gözləntilərindən bəhs edilir. "Beş ildən sonra daha çox iş imkanlarının olacağına ümid edərək təhsil sistemimizin təkmilləşdirilməsinə səs verirəm. Ölkəmizdə daha yaxşı gələcəyə və müsbət tərəqqiyə səs verirəm", - seçicilərdən biri bildirib.
"Mənim borcum seçkilərdə fəal iştirak etməkdir. Ona görə də sabit və firavan həyata səs vermək üçün bu gün buradayam", - başqa bir seçici qeyd edib.
"Mən Azərbaycanın inkişafına səs vermişəm. Gənc nəslimizin burada daha yaxşı şəraitdə işlə təmin olunduğunu görmək istəyirəm", - Bakıdakı azərbaycanlı seçicilərdən biri deyir.
Süjetdə qeyd olunur ki, Azərbaycan Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilər də daxil olmaqla, bütün ölkə üzrə seçkini izləmək üçün 200 beynəlxalq müşahidəçi dəvət edib. Eyni zamanda Mərkəzi Seçki Komissiyası 50 təşkilatın müşahidəçi missiyaları ilə iştirak etdiyini bildirib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan ən böyük müşahidəçi kontingenti seçkilərlə bağlı ilkin qiymətləndirməni bazar ertəsi təqdim etməlidir. 6.4 milyondan çox insan səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT