Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əziz Ələkbərli: "ICESCO-nun Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə verməsini istəyirik"
"İcma ICESCO-nun Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə verməsini istəyir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ICESCO-nun baş direktoru Səlim Əl-Maliklə görüşdə deyib.
Onun sözlərinə görə, Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində böyük mədəni irs yaradıblar:
"Bu irs təkcə müsəlmanların deyil, həm də dünyanın mədəni irsidir. Biz dünya ictimaiyyətinə həmin mədəni irs haqqında məlumat veririk, onların bərpa olunmasını tələb edirik, dağıdılmasının qarşısının alınmasını istəyirik. İstərdik ki, ICESCO da Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə versin. Biz bununla bağlı UNESCO-ya da müraciət etmişik. Ancaq təəssüflər olsun ki, Ermənistan ərazisindəki Qərbi Azərbaycan abidələrinin monitorinqinə icazə verməyib".

"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb
- İcma: "Ermənistanın təhrif edilmiş bəyanatlar yayması qəbuledilməzdir"
- Qərbi Azərbaycan Xronikası: "Ermənistan xuliqanlar və avaralar ölkəsinə çevrilib"
- Prezident: "Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı sülh üçün vacib şərtdir"
- Azərbaycan Prezidenti ölkəmizdə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb