Aprelin 29-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə köçürülən 68 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ballıca kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.










Aprelin 29-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






Keçmiş məcburi köçkünlərin bir qrupu Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə - 68 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Oxu.Az xəbər verir ki, bu mərhələdə keçmiş məcburi köçkünlər Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə köçürülürlər.
Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə - 68 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xatırladaq ki, bu köç prosesi də daxil olmaqla ümumilikdə Ağdam rayonunun Sarıcalı kəndinə cəmi 149 ailə (609 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə cəmi 172 ailə (811 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Daha çox foto burada: PhotoStock.az
Rövşən Əsədov