Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fici nümayəndəsi: “Dubayda başlayan müzakirələr Azərbaycanda davam etdiriləcək”
“Gələn il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının - COP-un - 29-cu sessiyasına ev sahibliyi edəcək və COP28-də başlayan bəşəriyyətin üzləşdiyi aktual problemlər üzrə müzakirələri davam etdirə biləcək”.
“Report”un Dubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Fici nümayəndəsi Amenatave V.Yavoli deyib.
“Şərqi Avropa ölkələri qrupu arasında konfransın növbəti yeri Azərbaycan oldu və buna çox şadam. Deyilənlərə görə, çox gözəl ölkədir. Əminəm ki, COP29-da mühüm məsələlər üzrə müzakirələr davam etdiriləcək. İlkin məqsəd qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaqdır”, - o bildirib.
V.Yavoli, həmçinin ümid edib ki, COP29-da Fici kimi kiçik, inkişaf etməkdə olan ada dövlətləri ilə bağlı müzakirələr davam etdiriləcək:
“COP28-də prioritet məsələlər qalıq yanacaqların istehsalının və istehlakının azaldılması, eləcə də bütün tərəflər üçün bu problemin ədalətli həllinin tapılması idi. Mövcud vəziyyətə səbəb olmayan, lakin ən çox təsirlənən ölkələr arasında maliyyə dəstəyi məsələləri də vacibdir”.
Qeyd edək ki, dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının - COP-un - 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad