Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Uqandalı fəal: “Mən Azərbaycanda baş tutacaq COP29-da mütləq iştirak edəcəyəm”
“Moda sənayesi ətraf mühitə çox zərər verib. Bununla da iqlim dəyişikliyinə töhfə vermək üçün çoxlu “səy”lər göstərib. Buna görə də COP28 iştirakçıları konfrans çərçivəsində moda nümayişi keçirmək və bütün bunların qarşısını almağın mümkün olduğunu nümayiş etdirmək qərarına gəliblər. Moda yalnız cəlbedici deyil, eyni zamanda, təbiətə qarşı diqqətli ola bilər”.
“Report”un Dubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Miss Ətraf mühit Afrika” titulunun sahibi, uqandalı model və fəal Cudit Herd deyib.
“İqlim dəyişikliyinin mənfi təsirləri səbəbindən böyük çətinliklər yaşayan Uqandadan gəlirəm. Biz bu problemlərin necə həll oluna biləcəyini, dünyanın qlobal istiləşmə ilə necə mübarizə aparacağını bilmək istəyirik. Mən gəncləri iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etməyə təşviq etmək niyyətindəyəm. Bu mürəkkəb problemləri təkcə hökumətlər və rəsmilər həll etməməlidirlər”.
Uqandalı model qeyd edib ki, COP29-da iştirak etmək niyyəti ilə gələn il Azərbaycana səfər etmək istəyir:
“Mən mütləq iştirak edəcəyəm. İndi hərəkətə keçməyin vaxtıdır. COP hara gedirsə, biz də onun ardınca gedəcəyik”.
Fəal, həmçinin qeyd edib ki, o, Uqandanın Qoşulmama Hərəkatına sədrliyinə böyük ümidlər bəsləyir:
“Estafeti pandemiya zamanı inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin əlçatanlığı uğrunda mübarizə aparan Azərbaycandan alacağıq. Düşünürəm ki, Uqanda sədrliyi dövründə ekoloji problemləri aktiv şəkildə həll edəcək”.
Qeyd edək ki, dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının - COP-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad