Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransız Polineziyası nümayəndəsi: "Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir"
"Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir".
"Report" xəbər verir ki, bunu Fransız Polineziyasının Tavini Huiraatira Partiyasının sədr müavininin xarici əlaqələr üzrə müşaviri, Punaauia şəhərində partiyanın baş koordinatoru Marania Vaianui Azərbaycan parlamentində mayın 30-da keçirilən, "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, onların öz müqəddəratlarını təyin etmək hüququ var.
"Qətnaməyə əsasən, biz müstəmləkəçilikdən azad olmalıyıq. 193 ölkə dəstək göstərməlidir ki, biz xalq kimi azad olaq. Biz bu gün də, gələcəkdə də okeanın zənginliklərindən istifadə imkanına sahib olmalıyıq. Arzu edirəm ki, ölkəmiz tam suverenliyə sahib olacaq", - deyə Marania Vaianui qeyd edib.
"BMT Baş Assambleyası" teqi üzrə xəbərlər
- Ermənistan "millisinin qapıçısı" olmaq cəhdi: Paşinyanın BMT "lətifəsi"
- XİN başçısı BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib
- Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında COP29-un vacibliyindən danışdı
- Xarici işlər naziri: "Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə yardım edib"
- XİN başçısı: "Bakı və İrəvan normallaşma prosesində mühüm irəliləyişlər əldə edib"