Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fuad Hüseynov: "İlk köç də məhz Cəbrayıl rayonuna edilib"
"Bu gün "Böyük Qayıdışa dair I Dövlət Proqramı" layihəsinin sevincini yaşamaq doğma Cəbrayıl sakinlərinə nəsib olub. Tezliklə bütün keçmiş məcburi köçkünlərimizə bu layihənin, proqramın sevincini yaşamağı arzulayırıq".
Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köşkünlərin işləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov deyib.
O bildirib ki, ilk köç də məhz Cəbrayıl rayonuna edilib:
"Bildiyiniz kimi, ilk köç də Cəbrayılın Cocuq Mərcanlı kəndinə həyata keçirilib. 2016-cı ildə aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdikdən sonra ölkə başçısının müvafiq sərəncamı ilə ilk inşa olunan kənd Cəbrayılın Cocuq Mərcanlı kəndi oldu və oraya ilk köç həyata keçirildi. Bu gün isə daha 36 ailə (117 nəfər) Cəbrayıl şəhərinin özünə köçürülür.
Bizə, eləcə də keçmiş məcburi köçkünlərimizə bu günləri yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq".
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Xocalı şəhərinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Xocalıya qayıdan sakin: "Adama yuxu kimi gəlir bu köç"
- Keçmiş məcburi köçkün: "Xocalı ömrümün ən gözəl çağı idi"
- Növbəti köç karvanı Həsənriz kəndinə çatıb: Açarlar təqdim olunub
- Həsənriz sakini: "Axır ki, bu dağlarda doğma səslər əks-səda verəcək"