Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ceyhun Bayramov: "Ortaq əlifba türk dövlətlərinin əməkdaşlığına töhfə verəcək"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türk dövlətlərinin qəbul etdiyi ortaq əlifbanın sözügedən ölkələr arasında əməkdaşlığı yüksəldəcəyini bildirib.
Oxu.Az Azərbaycan XİN-in məlumatına istinadən bildirir ki, nazir bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsində iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında söyləyib.
O, təşkilatın təsis sənədi olan Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümündə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsinin, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinin və TDT-nın beynəlxalq aləmdə strateji əhəmiyyətinin artmasının şahidi olmaqdan qürur duyduğunu qeyd edib.
Çıxışda bu gün TDT çərçivəsində ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, tibb, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları, gənclər və idman, eləcə də digər sahələrdə əməkdaşlığın uğurlu inkişafı qeyd olunub.
Ceyhun Bayramov təşkilatın hazırkı inkişaf dinamikası, o cümlədən onun günü-gündən artan beynəlxalq nüfuzunun TDT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi, funksional imkanlarının daha da genişləndirilməsi zərurətinə vurğu etdiyini bildirib.
XİN başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə illik sammitlərin sayının birdən ikiyə artırılmasının təşkilatın çərçivəsində əməkdaşlıq imkanların müzakirəsi üçün vacib platforma yaratdığını vurğulayıb.
Bu il təşkilatın Şuşa şəhərində qeyri-rəsmi zirvə görüşünün təşkili ilə TDT çərçivəsində əməkdaşlığın yeni təkan aldığı və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.
Türk Akademiyasının təşəbbüsü ilə ortaq əlifbanın yaradılması işinin uğurla başa çatmasından məmnunluq və 2024-cü il sentyabrın 11-də rəsmi olaraq qəbul edilən yeni ortaq türk əlifbasının əməkdaşlığımızı əhəmiyyətli dərəcədə yüksəldəcəyinə dair əminlik ifadə olunub.
Nyu-Yorkda (ABŞ) Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.
"Türk Dövlətləri Təşkilatı (TDT)" teqi üzrə xəbərlər
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırdı
- Makron Azərbaycandan ala bilmədiyini Mərkəzi Asiyada istəyir: Keçmiş xüsusi nümayəndə iş başında
- Volkan Coşqun: "Bakıya hərbi, kənd təsərrüfatı və tibbi meteorologiya sahələrində dəstək verdik"
- Türk dövlətlərinin ortaq himni hazırlanacaq