Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gia Volski: "Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında maraqlı ölkədir"
"Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında maraqlı olan neytral ölkə kimi regionda təhlükəsizliyi təmin etmək potensialına malikdir".
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Prezident Mixail Kavelaşvilinin Ermənistana səfərini şərh edərkən deyib.
"Hesab edirəm ki, hər iki ölkə belə münasibət bildirir. Onların xarici işlər nazirliklərinin rəhbərləri bu yaxınlarda Tbilisiyə səfər zamanı da eyni münasibəti ifadə ediblər. Gürcüstan prezidentinin ilk səfərlərini Azərbaycan və Ermənistana etməsi bizim tərəfimizdən belə münasibətin simvoludur. Qonşularla, xüsusən də strateji tərəfdaşlarla münasibətlərin inkişafı bizim üçün xüsusi maraq kəsb edən sahədir", - o deyib.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Kürdən Aytacla yanaşı daha iki nəfərin MEYİTİ TAPILDI
- Gürcüstanın sabiq müdafiə naziri həbs olundu
- Gürcüstanın İrəvandakı səfirliyində etiraz aksiyası: Binaya gedən yol bağlandı
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"
- Gürcüstanda hansı qaydalar sərtləşdirilir? - Əcnəbilərin işi çətinləşir