Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Haber Global"da Hakan Fidanın "Suriyada terrora yer yoxdur" açıqlaması müzakirə edildi
Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan və Belçikanın yeni xarici işlər, Avropa məsələləri və xarici ticarət naziri Bernard Kvinti görüşüblər. Görüşdə terror təşkilatı PKK-nın Suriyadakı fəaliyyəti müzakirə olunub.
Hakan Fidan Suriyada PKK terror təşkilatının nəinki ölkənin özünü, eyni zamanda, Türkiyə və region ölkələrini də təhdid etdiyini qeyd edib.
"Suriyada terrora yer yoxdur", - deyən nazir PKK ünsürlərinin ölkəni tərk etməsini istədiklərini vurğulayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, "Haber Global"da bu görüş və Hakan Fidanın açıqlaması müzakirə edilib.
Müzakirə zamanı Suriyada böyük qələbə əldə edildiyi vurğulanıb, lakin onun möhkəmləndirilməsi üçün regiondan PKK, YPG terror təşkilatlarının təmizlənməsinin və Suriyanın unitar quruluşuna qovuşmasının zəruriliyi qeyd edilib.
Həmçinin bildirilib ki, bu böyük qələbədən sonra bölgədəki digər ölkələr də müəyyən addımlar atmalıdırlar.
Ətraflı - süjetdə:
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Trampın fələstinlilərlə bağlı təklifinə Hakan Fidandan REAKSİYA
- Türkiyə və Rusiya XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər
- Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçüncü üçtərəfli görüşü Bakıda keçiriləcək
- Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq
- Hakan Fidan: "Enerji böhranı Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb"