Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hacıbəy Heydərli ATƏT-in tədbirində: "Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır"
"Düşünürəm ki, münaqişə dövrləri ilə bağlı Azərbaycan mətbuatının və Azərbaycan jurnalistlərinin çox böyük təcrübəsi var. Belə ki, Azərbaycan son 35 ildə Ermənistanla münaqişə və müharibə dövründə olub. Bu illər ərzində ölkəmizə qarşı informasiya müharibəsi aparılıb. Xüsusən, Birinci və İkinci Qarabağ müharibələri illərində xarici mətbuatda Azərbaycanla bağlı yalan xəbər və dezinformasiyalar yayılıb".
Oxu.Az Azxeber.com-a istinadla xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxeber Media Qrupu"nun rəhbəri Hacıbəy Heydərli ATƏT-in "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu" mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransında çıxışı zamanı deyib.
Hacıbəy Heydərli qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı dezinformasiyaların qarşısını Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr alıb:
"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəbhədə olduğu kimi informasiya müharibəsində də Ermənistana çox ağır zərbələr vurdu.
Prezident İlham Əliyev 44 günlük müharibədə dünyanın nüfuzlu media qurumlarına 31 müsahibə verdi. Prezident həm Azərbaycan, həm türk, həm rus, həm də ingilis dillərindəki müsahibələri ilə müharibə haqqında həqiqətləri söylədi, Azərbaycana qarşı dezinformasiya və feyk xəbərlərin qarşısını aldı.
Müharibədən sonrakı dövrdə Azərbaycana qarşı dezinformasiya kampaniyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolundakı dinc aksiyasını Ermənistan və bəzi Qərb mətbu orqanları başqa cür təqdim etdilər. Onların iddiasına görə, Xankəndidə yaşayan ermənilər etnik təmizləməyə məruz qalırdılar. Əslində isə bu, kökündən yalan məlumat idi. Həmin yol humanitar məqsədlər və dinc əhali üçün açıq idi.
Azərbaycan və dünya mediası oradan hər saat canlı reportajlar yayımlayırdı. Mən özüm də bunun canlı şahidi olmuşdum".
Baş redaktor qeyd edib ki, bu gün də Azərbaycana qarşı bəzi xarici KİV-də kampaniya aparılır:
"Təəssüf ki, Azərbaycana qarşı dezinformasiya kampaniyası bu gün də davam edir. Ermənistan tərəfi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycanla Ermənistanın sülh danışıqları getdiyi bir anda İrəvan son günlər yenə də sərhəddə yeni münaqişə yaratmağa çalışır. Onlar son bir neçə gündə dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutublar. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir və təxribatlarına davam edir".
"Şuşa" teqi üzrə xəbərlər
- Şuşa şəhərində Novruz bayramı qeyd edilir
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirildi
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Daxili Qoşunların yaranmasından 33 il ötür
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"