Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hakan Fidan Moskvada Bakı-İrəvan sülh müqaviləsini müzakirə etdi
Bazar ertəsi Rusiyaya səfərə gələn Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gün Moskvada Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ilə görüşüb.
Həmçinin, Fidanın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar apardığı bildirilir.
Məlumata görə, görüşlərdə Ukraynada nizamlanma, Qəzza zolağında, Suriyada vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar müzakirə olunub.
Xatırladaq ki, Fidan 2023-cü ildə xarici işlər naziri təyin olunmazdan əvvəl uzun müddət Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib.
O, Rusiyaya səfəri çərçivəsində Nijni Novqorodda BRİKS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. XİN rəhbərinin rusiyalı həmkarı Sergey Lavrovla danışıqları gözlənilir.
Mənbə: TASS
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Paşinyandan Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupu il bağlı AÇIQLAMALAR
- Paşinyan şərti sərhəddəki gərginlikdən danışdı
- "Sülh göyərçini"nin qırğı dimdiyi
- Zaxarova: "Rusiya XİN Bakı və İrəvan ilə məsləhətləşmələr aparmağa hazırdır"
- Emənistanın davam edən saxtakarlığı: Dəyişməyən konstitusiya, pozulan atəşkəs