Hesablama Palatasına yeni səlahiyyətlər verilir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy vermək səlahiyyətinə malik olacaq.
Bundan başqa, sözügedən qurum sığorta bazarının peşəkar iştirakçıları və fəaliyyətləri nəticəsində əldə edilən və sığorta sirri hesab olunan məlumatları ala biləcək.