Türkiyə Milli Müdafiə naziri Hulusu Akar Qarabağda yaradılacaq Ortaq Mərkəzlə bağlı növbəti açıqlama verib.
NTV xəbər verir ki, türkiyəli nazir sülhməramlıların fəaliyyətinə nəzarət edəcək Ortaq Mərkəzdə tikinti işlərinin hazırda davam etdiyini deyib:
“Ortaq Mərkəz barədə bir razılıq əldə edildi. Tikinti hazırda davam edir.
Səlahiyyət müddətini Rusiya ilə müzakirə edəcəyik”.