"Dünyada ailələrin çoxu gəlirlərinin 30 faizindən çoxunu mənzillər üçün xərcləyirlər".
Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" adlı müzakirədə deyib.
O bildirib ki, 2 milyard insanın içməli su problemi var:
"Dünyada mənzil böhranı getdikcə artır. 2 milyard insan əziyyət çəkir. Biz binaları tikməklə problemi həll edə bilmərik. Evlərin qiyməti əlçatan olmalıdır. Siyasi qərarlarla problemlərin həlli istiqamətində addımlar ata bilərik. Bu konteksdə WUF13 böhranla mübarizə aparmaqda bizə kömək olacaq".
Daha çox foto burada: PhotoStock.az