Fevralın 7-də Münhendə Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.
Oxu.Az-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ölkələrin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olunub. Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
14:42
Azərbaycan prezidenti İlham Əliyev fevralın 7-də Münhendə Finlandiya prezidenti Sauli Niinistö ilə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, görüşdə Azərbaycan və Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və ölkələrin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.
Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edilib, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırılıb.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi də aparılıb.