Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu göndərib.
Oxu.Az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə və dost xalqınıza ən xoş arzularımı yetirirəm."