Prezident İlham Əliyev M.M.Şixəliyevin, S.Y.Ələkbərovun və Y.S.Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.
President.az-ın xəbərinə görə, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərara alıram:
1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin.
2. Aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum edilsinlər:
2.1. Sahib Yunus oğlu Ələkbərov;
2.2. Yasin Seyfulla oğlu Məmmədov.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Qeyd edək ki, Mövlam Şıxəliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi idi. Yasin Məmmədov M.Şıxəliyevin müavini, Sahib Ələkbərov isə və idarənin şöbə rəisi olub.
İlham Əliyev sabiq MTN-çiləri ali hərbi rütbə və dövlət təltiflərindən məhrum etdi - SƏRƏNCAM + VİDEO