Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlham Əliyev Trampa və Corc Buşa başsağlığı verib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 43-cü Prezidenti Corc Uoker Buşa da başsağlığı verib.
Oxu.Az xəbər verir ki, başsağlığında bildirilir:
“Zati-aliləri, atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.
14:21
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun vəfatı ilə əlaqədar bu ölkənin hazırkı rəhbəri Donald Trampa başsağlığı verib.
Oxu.Az xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.