Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan dekabrın 5-6-da MDB dövlət başçılarının qeyri-formal görüşündə və Avrasiya İqtisadi Şurasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Sankt-Peterburqa səfər edəcək.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu məlumatı jurnalistlərə açıqlamasında Paşinyanın baş müşaviri Arsen Qasparyan verib.
Onun sözlərinə görə, Paşinyan Ermənistanın yeni baş konsulluğunun açılışında da iştirak edəcək.
“Açılışdan sonra Sankt-Peterburqdakı erməni diasporunun üzvləri ilə görüş planlaşdırılıb”, - Qasparyan əlavə edib.